Mingəçevirdə avtomobil 6 nəfəri vurub, onlardan biri ölüb - RƏSMİ

12:40 - 13 İyun 2020 - HADİSƏ

Daxili İşlər Nazirliyi (DİN) Mingəçevirdə bir nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, iyunun 12-si saat 16 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakinləri - T.Mövlamovun idarə etdiyi “Hyundai” və K.Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşduqdan sonra idarəetməni itirmiş “Mercedes” markalı avtomobil yolun kənarında dayanmış 6 nəfəri vurub elektrik dirəyinə dəyib.

Dirəyin aşması nəticəsində Ağdam rayon sakini Təzəgül Abbasova hadisə yerində ölüb, şəhər sakinləri olan 5 nəfər xəstəxanaya yerləşdiriliblər.

Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Xəbər xətti