Bakıda “VAZ 2107” 5 avtomobilə çırpıldı- ölən və yaralanan var

07:44 - 22 May 2020 - HADİSƏ

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Ağ Şəhər Bulvarının ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü Almazov Elton Zamanoviç idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yol kənarında hərəkətsiz dayanan 5 avtomobilə çırpılıb. Qəza nəticəsində E.Almazov ağır bədən xəsarətləri alıb.

Sərnişin, 2000-ci il təvəllüdlü İsgəndərov Firqət Əsgər oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.///Apa

Xəbər xətti