Bakıda qardaş qardaşı bıçaqlayıb
17:06 - 4 May 2020 - HADİSƏ
Bakıda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü İlkin Şəfiyev mübahisə zəminində qardaşı tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.