Lənkəranda təkər partladı, usta öldü

13:47 - 4 May 2020 - HADİSƏ

Lənkəranda usta təkərin partlaması nəticəsində vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə mayın 3-ü saat 18 radələrində rayonun Şirinsu kəndində baş verib. Avtomobil təmiri sexində qaynaq ustası işləyən 1981-ci il təvəllüdlü Ağakişiyev Anar Ağamusa oğlu “KamAZ” markalı yük maşınının təkərinin diski üzərində qaynaq işləri aparan zaman təkər partlayıb. Nəticədə A.Ağakişiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Maşının sahibi, 1979-cu il təvəllüdlü Eldəniz şükürov da yaxınlıqda olduğu üçün ağır bədən xəsaqrətləri alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Xəbər xətti