Şəmkirdə evdən pul və qızıl-zinət oğurlayan şəxs tutuldu
20:22 - 1 May 2020 - HADİSƏ
Oğurluqda şübhəli bilinən Şəmkir şəhər sakini A.Məmmədzadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 300 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədzadə saxlanılıb.