Şəmkirdə evdən 5 min manatlıq oğurluq edildi

14:00 - 1 May 2020 - HADİSƏ

Şəmkirdə evdən pul oğurlayan şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 300 manat pul və 5 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədzadə saxlanılıb.

Xəbər xətti