Bakıda "Mercedes" oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini V.İsmayılov aprelin 29-da A.M.Cümə küçəsindən “Mercedes” markalı avtomobilinin qaçırılmasını bildirib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqiyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini V.Cəfərov avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.