Bakıda avtomobil qadını vuraraq öldürüb - Foto

23:51 - 29 Aprel 2020 - HADİSƏ

Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1999-cu il təvəllüdlü Əliyev Azad Azər oğlu Koroğlu Rəhimov küçəsi ilə idarə etdiyi "VAZ 2103" markalı minik avtomobillə hərəkətdə olan zaman piyada zolağından keçən 1959-cu il təvəllüdlü Fəridə Ələkbərovanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib. Nərimanov rayon 18-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.

Faktla bağlı araşdırma aparılır.///Apa


Xəbər xətti