Sumqayıt sakini qonaq getdiyi evdə ölüb

16:58 - 29 Aprel 2020 - HADİSƏ

Sumqayıt sakini qonaq getdiyi evdə ölüb.  

Məlumata görə, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb. Belə ki, dostunun evinə yeyib-içməyə gələn 1969-cu il təvəllüdlü Əliyev Namiq Məmməd oğlu məclisdən sonra qəflətən ölüb. 51 yaşlı kişinin ölüm səbəbləri araşdırılır. Onun spirtli içkidən öldüyü ehtimal olunur. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti