Ağdaşda yük avtomobili yanıb

09:37 - 29 Aprel 2020 - HADİSƏ

Ağdaş rayonunun Ləki qəsəbəsində "Ford" markalı yük avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti