Goranboyda velosipedçi dərəyə aşaraq ölüb

22:52 - 28 Aprel 2020 - HADİSƏ

Goranboyda gənc oğlan ehtiyatsızlığın qurbanı olub.


Hadisə rayonun Borsunlu kəndində qeydə alınıb. 

Belə ki, 11-ci sinif şagirdi velosipedlə hərəkətdə olan zaman idarəetməni itirərək dərəyə aşıb. 

Ağır xəsarət alan oğlan xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti