Bakıda baş verən yanğın söndürülüb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva məlumat verib.
12:49
Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində fərdi yaşayış evi yanır.
Yanğının görüntüləri sosial şəbəkədə paylaşılıb. Belə ki, Maştağa qəsəbəsində 22 saylı orta məktəbin yaxınlığındakı fərdi yaşayış evlərindən birində güclü yanğın başlayıb. Şahidlər bildirirlər ki, yanğının ətrafdakı evlərə keçmə ehtimalı böyükdür.
İlkin məlumata görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub.
Fövqaladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva faktı Oxu.Az-a təsdiqləyib.
O bildirib ki, əraziyə nazirliyinin yanğından mühafizə bölmələrinin texnikası və canlı qüvvəsi cəlb olunub:
“Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”.///oxu.az