Şabran rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Gəndob kəndi ərazisində qeydə alınıb. "Fiat" markalı maşının yoldan çıxıb aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onlar Şabran rayon sakinləri - Musayev Azər Zahid oğlu, Rəsulov Kamil Arif oğlu, Qasanov Ziya Məzahir oğlu və Mirzəliyev Pərvin Nəsrulla oğludur.
Xəsarət alan şəxslər sinif yoldaşları olub. ///Apa