Bakıda avtobus “Mercedes”lə toqquşub- ölən var

10:31 - 24 Aprel 2020 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü A. Məmmədovun idarə etdiyi “Daewoo" markalı avtobusla 1966-cı il təvəllüdlü N. Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər xətti