Bakı şəhərinin Xətai rayonunda “BMW” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə avtomobilin yanar hissələri yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Xətai rayonunda “BMW” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb