Lənkəranda 61 yaşlı qadın quyuya düşərək ölüb

22:47 - 23 Aprel 2020 - HADİSƏ

Lənkəranda yaşlı qadın ehtiyatsızlıqdan boğularaq dünyasını dəyişib.

Şəhər sakini 1959-cu il təvəllüdlü Mirzadə Mirhəsən qızı Əskərovanın cansız bədəni yaşadığı ünvandakı su quyusundan tapılıb. Qadının meyitini ilk olaraq bacısı aşkar edib. Bədbəxt hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir. Meyit müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti