Qubada ekskovator fəhləni vurub öldürdü
19:22 - 23 Aprel 2020 - HADİSƏ
Quba rayonunda tikintidə ölüm hadisəsi olub.
Hadisə rayon ərazisində baş verib. Belə ki, Quba rayon sakini Rəsulov Tələt Mərifət oğlu idarə etdiyi ekskovatorla xəndək qazarkən orada fəhlə işləyən 1988-ci il təvəllüdlü Eldar Hüseynovu vurub. Hadissə nəticəsində E.Hüseynov ölüb.
Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi başlanıb.