Masallıda DƏHŞƏT: 9 yaşlı uşaq qəbir daşının altında qalıb öldü

09:51 - 23 Aprel 2020 - HADİSƏ

Masallı rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Şıxlar kəndində qeydə alınıb. Kənd sakini, 2011-ci il təvəllüdlü Əhəd Səmədov yaxınlıqdakı qəbiristanlıqda oynayarkən qəbir daşlarından biri uşağın üzərinə aşıb. Hadisə nəticəsində uşaq daşın altında qalaraq ölüb.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.///trend

Xəbər xətti