Bakıda qadını bıçaqla hədələyib pulunu alan şəxs saxlanılıb

09:31 - 23 Aprel 2020 - HADİSƏ

Bakı şəhərində qadına qarşı quldurluq edilib.

Aprelin 22-də saat 17 radələrində Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Davudoğlu küçəsində əvvəllər məhkum olunmuş Ağdam rayon sakini, 1979-cu il təvəllüdlü A. Quliyev Kürdəmir rayon sakini olan qadını bıçaqla hədələyib 50 manat pulunu quldurluq yolu ilə talayıb qaçıb. Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşların keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A. Quliyev saxlanılıb.

Faktla bağlı  cinayət işi açılıb.///Apa

Xəbər xətti