Bakıda mağazada yanğın olub

09:02 - 23 Aprel 2020 - HADİSƏ

Bakının Xəzər rayonunda yanğın hadisəsi baş verib. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 120 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 40 m² olan ərzaq mağazasının lambirindən ibarət tavanı 12 m² sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti