Paytaxtda 60 yaşlı qadını it dişləyib.
Hadisə dünən Bakının Xəzər rayonunun Binə qəsəbəsi ərazisində baş verib. Belə ki, qəsəbənin Donuzçuluq sovxozu adlanan ərazisində yaşayan 1960-cı il təvəllüdlü qadına küçə iti hücum edib. İt qadını ayağından dişləyərək, xəsarət yetirib.
Qadın dərhal xəstəxanaya müraciət edib. İlkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.///oxu.az