Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə aprelin 20-də saat 16 radələrində qeydə alınıb.
Qızıldaş qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Rüstəmov idarə etdiyi “Mitsubishi” markalı yük avtomobili ilə dönmə əməliyyatı aparan zaman yük yerində olan dəmir künclük yolun kənarında dayanmış paytaxt sakini İlkin Xankişiyevin baş nahiyəsinə dəyib. O, hadisə yerində ölüb.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.///qafqazinfo