Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Çaylı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Emin Vəliyev və Nicad Süleymanov xəsarət alıb. Hadisə zamanı daha bir nəfərin də xəsarət aldığı bildirilir.
Yaralılar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb.
Hadisənin təfərrüatları araşdırılır.///report