Lənkəranda ölümlə nəticələnən yol qəzası olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
Belə ki, aprelin 18-də saat 8 radələrində Lənkəran rayonunun Digah kəndi ərazisində Göyşaban kənd sakini M.Əlizadə idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini 3 yaşlı Amili vurub.
Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./report