Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Kazımova Mənzərxanım Məmmədrza qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə 3 saylı Şəhər Klinki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.///report