Goranboyda ev yanıb

09:49 - 18 Aprel 2020 - HADİSƏ

Goranboy rayonunun Şəfibəyli kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə və digər otağının tavanı 2 m² sahədə yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Xəbər xətti