Bakıda qəza - Dairəvi yol bağlandı

13:14 - 17 Aprel 2020 - HADİSƏ

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı Dairəvi 1 yolunda qeydə alınıb. Lökbatan istiqamətində baş verən hadisədə bir neçə avtomobilə ziyan dəyib.

Hadisə yerində nəqliyyat vasitələrindən biri aşaraq yolu bağlayıb.

Bakı Nəqliyyat Agentliyi (BNA) qəza səbəbindən sözügedən yolda tıxac yarandığını bildirir.///trend


Xəbər xətti