Yevlaxda iki maşın toqquşub- ölən və xəsarət alan var
09:12 - 16 Aprel 2020 - HADİSƏ
Yevlaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Tanrıqullar, Salahlı kəndləri istiqamətindəki magistral yolda baş verib.
“Mercedes” və “Hyndai” markalı minik maşınları toqquşub. Qəza nəticəsində bir nəfər yerindəcə dünyasını dəyişib. Ağır xəsarət alan iki nəfər isə xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma başlanıb.