Bakıda pəncərə silmək istəyən tələbə qız yıxılaraq ölüb - Foto

21:46 - 15 Aprel 2020 - HADİSƏ

Bakının Qaradağ rayonunda bədbəxt hadisə zamanı gənc qız ölüb.

Hadisə Lökbatan qəsəbəsində baş verib. 1999-cu il təvəllüdlü Məhərrəmova Nilgün Tarix qızı yaşadığı binanın beşinci mərtəbəsində otağın pəncərəsini silib. Bu zaman o, ehtiyatsızlıqdan yerə yıxılıb. N.Məhərrəmova 1 saylı şəhər xəstəxanasına çatdırılarkən yolda ölüb.

Qeyd edək ki, N.Məhərrəmova Ali Neft Məktəbinin üçüncü kurs tələbəsidir. O, prezident təqaüdçüsü olub.///Apa


Xəbər xətti