Niderlandda son sutkada koronavirus qurbanlarının sayı kəskin artıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, krallıqda daha 175 nəfər koronavirusdan ölüb.
Beləliklə, Niderlandda virus qurbanlarının sayı 1 039 nəfərə çatıb.
Bundan başqa, ölkədə yoluxanların rəsmi sayında da artım müşahidə edilib. Belə ki, yoluxanların sayı son 1 gündə daha 845 nəfər artaraq 12 595 nəfərə yüksəlib.
Qeyd edək ki, Niderlandda koronavirusa ilk yoluxma faktı fevralın 27-də qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 201 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 803 011-i ötüb. Bunların 172 396 nəfəri sağalıb, 39 025 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.