Suriyada rejim qüvvələri İdlib şəhər mərkəzini hədəf alıb, məktəb və xəstəxanalar bombalanıb.
“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, İdlib və ətraf ərazilərində həyata keçirilən hava hücumları nəticəsində 10-u uşaq olmaqla 20 mülki əhali həlak olub.
Yerli mənbələrə görə, hədəflərin arasında məktəblərin də olduğu bildirilir. Belə ki, bir məktəbə kaset bombası atılıb. Nəticədə, 2 şagird və 1 müəllim daxil olmaqla 6 nəfər ölüb.