Yollarda sürət həddi endirilib
08:45 - 19 Dekabr 2019 - Xəbər
Hazırda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumatda bildirilr ki, məqsəd hərəkətin təhlükəziliyini təmin etməkdir: "Hərəkət iştirakçılarından bu cür hava şəraitində ehtiyyatlı olmalarını xahiş edirik. Sürücülər mütləq şəkildə ara məsafəsini gözləməlidirlər".