Rusiyada avtomobil oğurlayan azərbaycanlı tutuldu

10:26 - 10 Dekabr 2019 - HADİSƏ

Rusiyanın Leninski rayonu, Saratov şəhərində polisə oğurluqla başlı şikayət daxil olub.

34 yaşlı şəxs polis idarəsinə müraciət edərək, ona məxsus “VAZ-21” markalı avtomobilinin oğurlandığını deyib.
Zərərçəkən avtomobildə 20 litr benzin olduğunu da nəzərə alaraq, dəyən zərəri 50 min rubl (1335 AZN) hesablayıb.
Qaçırılan avtomobil bir neçə saat sonra Nijni-Novqorod-Saratov şosesinin 598-ci kilometrliyində tapılıb.
Daha sonra avtomobili qaçıran 29 yaşlı Azərbaycan vətəndaşı polislər tərəfindən bölməyə gətirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb./oxu.az

Xəbər xətti