Samoada qızılca səbəbindən məktəblər bağlanıb və ictimai tədbirlərin keçirilməsi qadağan edilib.
Məlumata görə, bu barədə Samoanın Səhiyyə Departamentindən bildiriblər.
Departamentin məlumatında deyilir: "Bütün məktəblər (özəl və dövlət), məktəbəqədər təhsil mərkəzləri və uşaq bağçaları növbəti qərara qədər gələn həftənin bazar ertəsi günü, dekbarın 9-u bağlanacaq. Kilsə xidmətləri istisna olmaqla, bütün ictimai tədbirlər növbəti xəbərdarlığaqədər qadağan edilir".
Bildirilir ki, Samoada 9 yoluxma halı qeydə alınıb./trend