“Biz heç vaxt başqa bir dövlətin, hətta qardaş Rusiyanın tərkibinə daxil olmağa hazırlaşmamışıq və hazırlaşmırıq”.
“Report” “BelTA”ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko dekabrın 5-də ölkə parlamentinə müraciətində bildirib.
Onun sözlərinə görə, Belarus hakimiyyəti ölkənin müstəqilliyi və suverenliyini təhvil verməyə hazırlaşmır.