Bakıda 35 yaşlı kişi itkin düşüb.
Hadisə noyabrın 29-da paytaxtın Nəsimi rayonu, R.Behbudov küçəsi 31-də baş verib.
Belə ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Cəsarət Quliyev saat 17 radələrində yaşadığı mənzil 6 ünvanından işləri ilə əlaqədar çıxıb və bir daha geri qayıtmayıb.
Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində araşdırma aparılır./report