Göygöl rayonunda itkin düşən 15 yaşlı oğlan avtovağzaldan tapıldı

20:13 - 27 Noyabr 2019 - HADİSƏ

Göygöldə itkin düşən yeniyetmə tapılıb.

Məlumata görə, hadisə rayonun Mollacəlilli kəndində baş verib.
Kənd sakini, 2004-cü il təvəllüdlü Cəfərov Cahangir Xəyyam oğlu noyabrın 17-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
C.Cəfərovun anası Könül Cəfərova polisə müraciət edərək bildirib ki, oğlunu noyabrın 25-də Göygöl rayon avtovağzalından tapıb.

Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti