Bakıda 6 tələbə qız Zəhərlənib
08:20 - 26 Noyabr 2019 - HADİSƏ
Xəzər universitetinin 6 tələbəsi zəhərlənib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, КТМ-in Toksikologiya şöbəsinə Təcili Tibbi yardım avtomobili ilə Xəzər universitetinin 6 tələbəsini dəm qazından zəhərlənmə ehtimalı ilə gətiriblər. Çağırış saat 4:47 də olub. Qızların dediyinə görə hadisə kirayələdikləri Qara Qarayev pr 76 mənzil 28-də baş verib. Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Onlara lazımı tibbi yardım göstərilib. Hal hazırda müalicələri davam edir.