Bakıda 12 yaşlı qız müəmmalı şəkildə dünyasını dəyişib.
Hadisə Sabunçu rayonu, Ramanı qəsəbəsi, Gülçülük Sövxozu yaxınlığında qeydə alınıb. Həmin ərazidə nömrəsiz evlərin birində yaşayan 2007-ci il təvəllüdlü Fidan Şəmsi qızı İsmayılzadə atası tərəfindən huşsuz vəziyyətdə tapılıb.
Qızı atası Şəmsi İsmayılov kapron vannada tapıb.
Fidan İsmayılov Təcili və Təxirəsalınmaz Tibbi Yardım həkimləri tərəfindən 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Lakin həkimlər qızın həyatını xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır./baku.ws