Bakıda yol qəzası olub, 1 nəfər ölüb

09:32 - 25 Noyabr 2019 - HADİSƏ

Bakıda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik avtomobili yol kənarına aşıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər./report

Xəbər xətti