Cəlilabadda 36 yaşlı riyaziyyat müəllimi evində ölü tapıldı

13:02 - 18 Noyabr 2019 - HADİSƏ

Cəlilabadda evdən kişi meyiti aşkar edilib.

Hadisə rayonun Maşlıq kəndində qeydə alınıb. Belə ki, Nazim Alişanov adına Maşlıq kənd məktəbində riyaziyyat müəllimi işləyən, 1983-cü il təvəllüdlü Miriyev Zəfər Şirzaid oğlu yaşadığı mənzildə ölü tapılıb.

Ölümün səbəblərini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır./qafqazinfo

Xəbər xətti