Yevlaxda 23 yaşlı qadın doğuş zamanı ölüb

12:16 - 10 Noyabr 2019 - HADİSƏ

Yevlaxda doğuş zamanı ana ölümü faktı qeydə alınıb.

23 yaşlı Tanrıqulular kənd sakini Gülanə Həmzəyeva Yevlax Rayon Mərkəzi Xəstəxanasında qız uşağı dünyaya gətirib. Ancaq ana doğuş zamanı həyatını itirib.

Qeyd edək ki, bu, G. Həmzəyevanın ikinci övladıdır.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır./Apa

Xəbər xətti