İmişli rayonunda yeniyetmə oğlan dəm qazından zəhərlənib ölüb.
Hadisə rayonun Şadlinski küçəsi ev 24-də baş verib. Həmin ünvanda yaşayan 2004-cü il təvəllüdlü Həsənov Ramazan Bilal oğlu yaşadığı evin həyətindəki hamamda çimərkən dəm qazından zəhərlənib.
Azyaşlı hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır./trend