Bakıda keçmiş məhkum yeniyetməyə hücum edib 200 manatını aldı

15:16 - 6 Noyabr 2019 - HADİSƏ

Bakı şəhəri, Səbail rayonu, 9-cu Polis Bölməsinin əməkdaşlarının noyabrın 5-də keçirildiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yetkinlik yaşına çatmayan şəxsə hücum etməkdə şübhəli bilinən şəxs yaxalanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Cinayət noyabrın 2-də saat 12:30 radələrində İçərişəhərdə Müslüm Maqomayev küçəsində törədilib. Naməlum şəxs 2002-ci il təvəllüdlü Cavanşir Rüstəmbəyliyə bıçaqla hədə-qorxu gələrək, ondan 200 manat alıb.

Məlum olub ki, yaxalanan şəxs 1997-ci il təvəllüdlü Orxan Tağıyev bundan əvvəl narkotik maddə saxladığına görə həbsdə olub.
Faktla bağlı cinayət işi açılıb. İstintaq davam edir.

Xəbər xətti