Polis Maştağa sakininin evində narkotik aşkarladı

14:18 - 6 Noyabr 2019 - HADİSƏ

Polis Maştağada narkotik əməliyyatı keçirilib. 

DİN-dən verilən məlumata görə, Sabunçu polis əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini C.Hüseynovun evinə baxış keçirilib.

Mənzildən 7 kiloqram 400 qram marixuana aşkar edilərək götürülüb.

Xəbər xətti