Səhiyyə Nazirliyi Göyçaydakı qəzada xəsarət alanlar barədə məlumat yayıb

09:59 - 6 Noyabr 2019 - HADİSƏ

Səhiyyə Nazirliyi Göyçay rayonunda "QAZel" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların durumu barədə məlumat yayıb. 

Nazirlikdən bildirilib ki, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 kişi Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

"Onlardan 3-nə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. 4-cü şəxs isə çanaq, burun və əlin sınıqları diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər", - nazirlikdən bildirilib./report  

 

Xəbər xətti