Kürdəmirdə ağır qəza- 3 yaralı

20:18 - 5 Noyabr 2019 - HADİSƏ

Kürdəmirdə "Kamaz" "Vaz-2106" ilə toqquşub.

Hadisə rayonun Karrar kəndində qeydə alınıb. Belə ki, Kürdəmir rayon sakini Abbasov İsa Köçəri oğlu idarə etdiyi "Vaz-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan Ağsu rayon sakini Rüstəmov Famil Əjdər oğlunun idarə etdiyi "Kamaz" markalı yük avtomobilinə çırpılıb.

Hadisə zamanı "Kamaz" və "Vaz-2106"nın sürücüləri və minik avtomobilində olan sərnişin Məmmədova Zenfira Köçəri qız xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır./qafqazinfo

Xəbər xətti