Bakıda dörd nəfər avtobus sürücüsünü döydü

16:33 - 5 Noyabr 2019 - HADİSƏ

Bakıda avtobus sürücüsü sərnişinlər tərəfindən döyülüb.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.  Bildirilib ki, noyabrın 4-də saat 18:20 radələrində Moskva prospekti 46-nın qarşısında "Xaliq Faiqoğlu” şirkətinə məxsus "İsuzu” markalı 61 saylı xətt avtobusunda dörd nəfər naməlum sərnişin xuliqanlıq zəminində sürücü, Bakı şəhər sakini, 1967-cı il təvəllüdlü Oktay Ərsalam oğlu Hüseynovu döyüb. 

Xəbər xətti