Dağıstanda 5 nəfər dəm qazından zəhərlənib. Ucnoqta.az xəbər verir ki, insident Qızılyurd şəhərində qeydə alınıb.
Region üzrə səhiyyə nazirliyi nümayəndəsinin sözlərinə görə, şəhərin Rəsul Həmzətov küçəsində dəm qazından 5 nəfər xəsarət alıb, onlardan 2-si uşaqdır. Yaralılar “təcili tibbi yardım” maşınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Onların müalicəsi davam etdirilir.
Namiq Musayev