Yevlaxda “Jiquli” camışa çırpıldı – Heyvan öldü, sərnşinlər yaralandılar
08:40 - 4 Noyabr 2019 - HADİSƏ
Yevlax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.az- ın verdiyi məlumata görə, hadisə Yevlaxın Tanrıqullar kəndi ərazisində qeydə alınıb.
“VAZ-2106” markalı avtomobil qəfil qarşısına çıxan camışı vurub. Yolda hərəkətdə olan digər minik maşını da heyvana çırpılıb.
Qəza zamanı “VAZ-2106”da olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir xəstəxanasına yerləşdirilib. Qəza zamanı ağır xəsarət alan iri buynuzlu heyvan yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.